EN

Tacikistanın səfiri: Səylərimiz dünya arenasında MDB-nin müsbət imicinin daha da möhkəmlənməsinə yönələcək

Bakı, 23 yanvar, AZƏRTAC

Tacikistanın səyləri dünya arenasında MDB-nin inteqrasiya birliyi qismində müsbət imicinin daha da möhkəmlənməsinə, Birliyin BMT və onun müvafiq strukturları, həmçinin ŞƏT, KTMT, Aİİ və başqa regional təşkilatlarla əlaqələrinin genişləndirilməsinə, o cümlədən konkret tematikalar üzrə birgə tədbirlərin təşkilinə və ŞƏT-ə MDB yanında müşahidəçi statusu verilməsi məsələsində təmas nöqtələrinin axtarılmasına yönələcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfiri İlxom Abdurahmon Tacikistan Respublikasının 2025-ci ildə MDB-də sədrliyinə həsr olunmuş brifinqdə məlumat verib.

Səfir diqqətə çatdırıb ki, Birliyin tarixində ilk dəfə olaraq BMT Baş Assambleyası platformasında bu ümumdünya təşkilatının baş qərargahında MDB-BMT qarşılıqlı fəaliyyətinə dair birgə yüksəksəviyyəli tədbir də keçiriləcək.

Tacikistan diplomatı əlavə edib: “BMT Baş Assambleyasının BMT ilə MDB arasında əməkdaşlığa dair növbəti qətnaməsinin qəbuluna da köməklik göstəriləcək və Birlik üzvü olan ölkələrin dövlət başçıları, xarici işlər nazirləri səviyyəsində MDB-nin bütün üzv dövlətlərinin maraqlarını əhatə edən beynəlxalq gündəliyin aktual problemlərinə dair bəyanatların işlənib hazırlanması və qəbulu istiqamətində səylər davam etdiriləcək”.

 

Chosen
20
12
azertag.az

10Sources