Yanvarın 1-dən indiyədək İraqda 64, Suriyanın şimalında isə 157 olmaqla ümumilikdə 221 terrorçu zərərsizləşdirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada bildirilib:
\"İlk öncə Kartalkaya/Boluda baş verən yanğında həyatını itirən vətəndaşlarımıza bir daha Allahdan rəhmət, yaralananlara şəfa diləyir, soylu türk millətinə başsağlığı veririk.
Başda PKK/PYD/YPG/SDG və DEAŞ terror təşkilatları olmaqla, hər cür təhdid və təhlükəyə qarşı fasiləsiz və uğurla həyata keçirilən əməliyyatlarda:
- Son bir həftədə 69,
- Yanvarın 1-dən indiyədək 221 terrorçu zərərsizləşdirilib ki, onlardan 64-ü İraqın şimalında, 157-si isə Suriyanın şimalındadır.
Türk Silahlı Qüvvələrimiz terror yuvalarını məhv etməyə davam edir. İraqın şimalında \"Pəncə-Kilit\" əməliyyatı bölgəsində aşkar edilən terrorçulara aid mağaralarda çox sayda silah, sursat ələ keçirilib.
Türk Silahlı Qüvvələrimizin terrorla mübarizəsi bir nəfər də olsun terrorçu qalmayana qədər qətiyyətlə davam edəcək\".
Oksana