EN

Ukrayna daha bir ərazini itirdi

Rusiya ordusu qondarma Donetsk Xalq Respublikasının (DXR) Solenoe kəndini zəbt edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Aktiv hücum hərəkətləri nəticəsində “Mərkəz” qüvvələri qrupunun bölmələri Donetsk Xalq Respublikasının Solenoe kəndini tutub”, - nazirliyin məlumatında qeyd edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
10
23
news365.az

4Sources