EN

Malavidə ildırım vurması və fırtına səbəbindən ölənlərin sayı 31-ə çatıb

Bakı, 23 yanvar, AZƏRTAC

Malavidə son üç ay ərzində ildırım vurması və fırtına səbəbindən ölənlərin sayı 31-ə çatıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ildırım vurmasından 22 nəfər, fırtına səbəbindən isə 9 nəfər həlak olub.

Fəlakətlərin İdarə Olunması İşləri Departamentinin hesabatına görə, xəsarət alanların ümumi sayı da 382-yə yüksəlib.

Qeyd edək ki, rəqəmlərə dekabrın ortalarında 13 nəfərin ölümü və 29 nəfərin yaralanması ilə nəticələnən Çido tropik siklonunun vurduğu itkilər daxil deyil.

Chosen
17
azertag.az

1Sources