EN

Rutte: Ukraynanın məğlubiyyəti NATO-ya trilyonlarla dollara başa gələcək

Kiyevin məğlubiyyəti NATO-ya alyansın hazırda hərbi ehtiyaclar üçün ayırdığı əlavə milyardlarla dollara deyil, əlavə trilyonlarla dollara başa gələcək.

Hurriyyet.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Ukrayna uduzsa, NATO-ya əlavə milyardlar yox, əlavə trilyonlarla dollar lazım olacaq. Belə olan halda, NATO-nun Qərbə qarşı özünü qoruma gücünü bərpa etmək, indi müzakirə etdiyimiz vəziyyətdən, dəfələr çox baha başa gələcək”, - deyə o qeyd edib.

O, atəşkəs haqqında daha az danışmağa və Ukraynaya daha çox silah tədarükünə, həmçinin Rusiyanın şərtləri ilə atəşkəsə imkan verməməyə çağırıb.

Rusiya mətbuatı baş katibin çıxışına cavab olaraq bildirib ki, prezident Vladimir Putin dəfələrlə vurğulayıb ki, Ukraynaya yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, ancaq münaqişənin uzanmasına gətirib çıxaracaq.

Bizimyol.info

Chosen
28
36
hurriyyet.az

10Sources