EN

Ötən il fermerlərə 75 milyon manat güzəştli kredit verilib

2024-cü ilin yanvar-dekabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi
tərəfindən aqrar sektorda fəaliyyət göstərən 4105 fiziki və hüquqi şəxsə 75.4 milyon
manat məbləğində güzəştli kredit verilib.

AzPost bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin dekabr ayı üçün olan hesabatında bildirilir.

Bunun 50.6 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 4 milyon manatı güzəştli kreditlər, 20.8 milyon manatı isə mikrokreditlər olub.

Chosen
28
azpost.info

1Sources