EN

Azərbaycanın hüquqi dövlət quruculuğunda yeni mərhələ: QHT sədrindən AÇIQLAMA

“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov QHT.az-a verdiyi açıqlamada Konstitusiyanın dövlətin ali qanunu olduğunu vurğulayıb. O bildirib ki, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkədə hüquqi və institusional islahatların təməlini qoyub:

"Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir, vətəndaşların hüquq və azadlıqlarını elan edir və zəmanət verir."

Telman Dadaşov qeyd edib ki, Azərbaycan Konstitusiyası insan hüquqlarının müdafiəsi, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması və siyasi plüralizm kimi dəyərləri özündə ehtiva edir. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi isə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və hüquqi dəyərlərin təbliği baxımından əhəmiyyətli addımdır:

"Bu qərar, ərazi bütövlüyümüzün tam bərpası və Vətən müharibəsində qələbənin 5-ci ildönümü ilə yanaşı, milli hüquq və azadlıqların təmin olunmasına dair öhdəliklərin vurğulanmasına xidmət edir."

Sədr həmçinin bildirib ki, 2025-ci ildə həyata keçiriləcək genişmiqyaslı islahatlar hüquqi dövlət quruculuğu prosesində yeni imkanlar yaradacaq və bu işdə qeyri-hökumət təşkilatlarının (QHT) rolu mühüm əhəmiyyət daşıyır. O, vətəndaş cəmiyyətinin təşəbbüslərini genişləndirməklə əhali arasında hüquqi maarifləndirmənin vacibliyini vurğulayıb:

"Konstitusiyamızı təbliğ etmək və vətəndaşların hüquqi biliklərini artırmaq üçün QHT-lərin maarifləndirmə prosesində fəal iştirakı vacibdir. Bu, hüquqi dövlət quruculuğunda irəliləyişə mühüm töhfə verəcəkdir."

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
10
qht.az

1Sources