Fətullah Gülən sistemi ilə yaxın əlaqələri olması barədə sosial şəbəkələrin Türkiyə seqmentində çox sayda məlumatlar dolaşan Çağlar Cilara qardaş ölkədə fəaliyyət göstərən Ekol TV-nin əsas simalardan sayılır.
Məsələ burasındadır ki, Ekol TV Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun kanalı sayılır.
29 aprel 2024-cü ildə Türkiyə mediasında belə bir xəbər yayılıb: "Sedat Pekerin ifşaları ilə gündəmə gələn Mənsimov Qurbanoğluna məxsus EKOL TV yayıma başlayıb".
Hazırda kanala məhz Mübariz Mənsimovun sahiblik edib-etməməsini dəqiqləşdirə bilmədik, lakin TV-ni satması barədə də açıq mənbələrdə hər hansı məlumata rast gəlmədik.