Bakı. Trend:
"Brent" markalı neftin Londonun "ICE" birjasında martfyuçerslərinin qiyməti 2025-ci il yanvarın 10-dan bəri ilk dəfə birbarel üçün 78 dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasındanməlumat verilib.
Məlumata əsasən, "Brent" markalı neftin qiyməti 1,32 faizzazalaraq 77,96 dollar/barel olub.
Eyni zamanda, 2025-ci ilin mart ayında tədarük üçün "WTI"markalı neftin fyuçersləri 1,52 faiz azalaraq bir barel üçün 74,29dollar olub.