Avropa Komissiyasının sədr müavini Kaja Kallas bu gün Türkiyəyə səfər edəcək. Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Kaja Kallasla bir araya gələcək. Görüş zamanı Türkiyənin Aİ-yə üzvlüyünün strateji hədəf olduğu vurğulanacaq və bu prosesin canlandırılması ilə bağlı gözləntilər qarşı tərəfə çatdırılacaq.
Gömrük İttifaqının yenilənməsi və viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başa çatdırılması mövzusundakı tələblər də gündəmə gələcək. Miqrasiya üzrə əməkdaşlığın ədalətli şəkildə yenilənməsi müzakirə olunacaq.
Nazir Hakan Fidan terrorla mübarizə mövzusunda Aİ-dən konkret addımların gözlənildiyini bildirek. O, Suriyaya qarşı sanksiyaların ləğvi və suriyalıların təhlükəsiz şəkildə geri qayıtması məsələsinə diqqət çəkəcək.
Hakan Fidan həmçinin İsraili Qəzzada atəşkəsə tam əməl etməyə və iki dövlətli həll üçün beynəlxalq təzyiqlərin göstərilməsinə çağırışını təkrarlayacaq. Görüşdə Ukrayna-Rusiya müharibəsinin diplomatiya yolu ilə həlli üçün danışıqların canlandırılmasının əhəmiyyəti də vurğulanacaq.