Meymun çiçəyi virusunun genetik səviyyədəki kiçik dəyişiklikləri virusun hava-damcı yolu ilə kütləvi şəkildə yayılmasına səbəb ola bilər. “Ulusum”.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, N.F. Qamalei adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib.O, belə bir vəziyyətdə dünyanın qara çiçək xəstəliyinə bənzər bir təhlükə ilə üzləşə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, virus artıq yayılmağa başlayıb, mutasiyaya uğrayır və virulentliyini artırır.Gintsburq əlavə edib ki, meymun çiçəyinə qarşı gen mühəndisliyi əsasında hazırlanmış yeni vaksin yaradılmalıdır. Epidemioloqun fikrincə, əvvəlki peyvəndlər ciddi yan təsirlərə səbəb ola bilər.Səidə
Diqqət Çəkənlər
AP: İraqda uşaqlarla evlənməyə icazə verən qanun layihəsi parlament tərəfindən rəsmi olaraq qəbul edilib
AQTA: İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsullu məhv edilib
Depressiya və ya Birinci Məktubdan Öncə