Hazırda İranın prioriteti Qərblə olan qlobal məsələlər, xüsusən də Yaxın Şərqdəki hadisələrdir.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu İran parlamentinin keçmiş üzvü Robert Beqlaryan “Ermənistan xəbərləri” – NEWS.am-ın müxbirinə müsahibəsində İranın Ermənistanla ABŞ arasında strateji əməkdaşlığa dair sənədin imzalanması ilə bağlı heç bir rəsmi açıqlama verməməsinə toxunaraq deyib.
“Mövcud siyasi vəziyyət o qədər qeyri-sabitdir və dəyişikliklər o qədər sürətlə baş verir ki, məncə, İranın bütün ssenariləri, hətta “Zəngəzur dəhlizini” açmağa çalışacağını güman etmək məntiqlidirr” – deyə, Beqlaryan bildirib.
Elcan
Missiya.Az