Türkiyənin Bolu vilayətində, Kartalkayadakı oteldəki yanğından xilas ola bilməyən 5 nəfərlik Çetiz ailəsinin əkiz uşaqlarından ikincisi tapılıb. 11 yaşlı Vedat Çetizin cənazəsi şəxsiyyəti müəyyən edildikdən sonra ailə qəbiristanlığında əkiz qardaşının yanında dəfn edilib.
AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, otelində baş verən yanğında həkim Əhməd Çetiz (44), müəllim olan həyat yoldaşı Həbibə (39), uşaqları Esat (9), Sedat (11) və əkizləri Vedat həyatını itirib.
Oteldəki yanğından sonra dəfn qeydiyyat nömrələrindəki qarışıqlıq səbəbindən şəxsiyyəti müəyyən edilə bilməyən əkiz qardaşlardan biri Vedat Çetiz olub. Onun cənazəsi Ankara Ədli Tibb Qurumunda ailənin qohumları tərəfindən müəyyən edilib. Prosedurlardan sonra Vedat Çetizin cənazəsi ailəsinə təhvil verilib. Daha sonra valideynləri və qardaşlarının yanında torpağa tapşırılıb.