EN

Çində məhkəmə bir adamı 10 dəqiqə ərzində ölüm cəzasına məhkum edib

Çin məhkəməsi içində yaponiyalı şagirdlər olan məktəb avtobusuna bıçaqla hücum edən şəxsə ölüm hökmü çıxarıb. Bu barədə “Associated Press” yazır.

52 yaşlı Çjou Çzyaçen Şanxayda uşaqları daşıyan avtobusa hücum edib. O, ana və uşağı, eləcə də ona mane olmağa çalışan konduktoru yaralayıb. Konduktor, aldığı bıçaq yaralarından dünyasını dəyişib.

Qeyd olunur ki, həmin şəxs “borclu olub və daha yaşamaq istəmirdi”. “RİA Novosti”-nin aydınlaşdırdığı kimi, məhkəmə prosesi 10 dəqiqə davam edib. Təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarılıb. Hökm çıxarılarkən məhkəmədə Yaponiyanın Şanxaydakı konsulluğunun nümayəndələri iştirak ediblər.

Bundan bir qədər əvvəl Çində məhkəmə noyabrın ortalarında Hunan əyalətində məktəbin qarşısında avtomobili izdihamın üzərinə sürən adama ölüm hökmü çıxarıb. Məhkəmənin qərarına əsasən, hökm iki ildən sonra icra olunacaq.

Almaz Həsənli

Chosen
21
oxumeni.az

1Sources