EN

Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

Image

Tural İsmayılov: “Jared Genser adlı vəkili erməni yalan maşınının əlində alətə çevrilib”

Qarabağ separatçılarının Bakıda məhkəməsi davam edir. Hərbi cinayətlərdə təqsirləndirilən 15 erməniəsilli şəxsin və separatçı qurumda “baş nazir” olmuş Ruben Vardanyanın cinayət işləri üzrə məhkəmə prosesləri davam edir. 

Məhkəmə ilə bağlı Ruben Vardanyanın beynəlxalq vəkili Jared Genser xarici mediaya müsahibə verib. Müsahibə zamanı bildirib ki, təqsirləndirilən şəxslərin mülki statusuna baxmayaraq, hərbi məhkəmələrdə keçirilən prosesdə şəffaflıq və ədalətlilik yoxdur. O, Vardanyanın hərbi məhkədə mühakimə olunmasından narazıdır. Həmçinin, Ruben Vardanyanın vəkili ilə görüşmək hüququndan məhrum edildiyini və bilmədiyi Azərbaycan dilində yazılmış 400 səhifəlik ittiham aktı kimi əsas hüquqi sənədlərlə tanış ola bilmədiyini də iddia edir. O, Vardanyanın ittiham aktının erməni dilində olmasının vacib olduğunu qeyd edib. Bununla yanaşı, təqsirləndirilən şəxsin havaya buraxılmadığını, vaxtlı-vaxtında yemək verilmədiyini də iddia edir. 

Ancaq məhkəmənin ilk günündən Azərbaycan Prokurorluğu məlumat yaydı ki, erməni separatçılar hər şeylə təmin olunublar. Onların iddia etdikləri tamamilə yalandır. Məlumat üçün bildirək ki,  təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.

“Beynəlxalq hüquqda işləklik mexanizmini müdafiə etməyi bacarmayan bir sıra şəxslər, təşkilatlar reallığı etiraf etmək əvəzinə, ölkəmiz əleyhinə yanlış məlumat yayır”

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qlobal erməni lobbi şəbəkələrinin vicdansızlığı və idbar həyasızlığı öz kredolarına  çevrilib: “Jared Genser adlı vəkil erməni yalan maşınının əlində alətə çevrilib. Təəssüfedici məqam odur ki, başqa vaxt insan haqlarının dəyərlərindən, prinsipindən danışan Qərb ölkələrinin bəzi vətəndaşları bu gün açıq şəkildə Azərbaycana qarşı beynəlxalq hüquqi tapdalayır. Azərbaycan xalqına və dövlətinə qarşı çıxan separatçılar bu gün Azərbaycan məhkəməsi tərəfindən mühakimə olunur. Xatırladım ki, vaxtilə "Nürnberq məhkəməsi" keçirilib. O qatillər də layiqli cəzalarını alıblar. Bu gün də çağdaş dövrün qatilləri öz etdikləri əməllərə görə qanun qarşısında cavab verməli olur.  Təəssüflər olsun ki, beynəlxalq hüquqda işləklik mexanizmini müdafiə etməyi bacarmayan bir sıra şəxslər, təşkilatlar reallığı etiraf etmək əvəzinə, ölkəmiz əleyhinə yanlış məlumat yayır”.

Günel CƏLİLOVA 





Chosen
18
49
baki-xeber.com

10Sources