EN

Tramp ABŞ-dan miqrantların deportasiyasının gedişatından məmnun olduğunu bildirib

ABŞ-dan qeyri-qanuni mühacirlərin deportasiyası uğurla gedir.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Biz dəhşətli, qatı cinayətkarlardan xilas oluruq. Bunlar ən pis insanlardır. Biz əvvəlcə onlardan qurtulacağıq”, – deyə Ağ Evin rəhbəri bildirib.

Tramp andiçmə mərasimindən sonra ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-a girişini dayandıracağını və milyonlarla miqrantı deportasiya edəcəyini vəd edib. O, həmçinin Meksika ilə sərhəddə yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcəyini və ora qoşun göndərəcəyini bildirib.

Chosen
65
50
nocomment.az

10Sources