EN

​Gürcüstanda hökuməti devirmək istədilər -

Gürcüstanın baş naziri İrakli Kobaxidze xaricdən dəstək alan bəzi qrupların hökuməti devirmək istədiklərini bildirib. Metbuat.az xəbər verir ki, o, Gürcüstanda inqilabın olmayacağını ifadə edib. Teatr aktyorlarının paytaxt Tbilisidə hökumət əleyhinə tamaşa nümayiş etdirdiyini və bunun hakimiyyətə qarşı inqilab cəhdi olduğunu bildirən Kobaxidze, xarici mənbələrdən dəstək alan bəzi qüvvələrin ölkədə bir neçə dəfə inqilaba cəhd etdiyini bildirib. O, son üç ildə Gürcüstanda dörd inqilab cəhdi olduğunu və bunun dördüncü cəhd olduğunu ifadə edib. Kobaxidze ölkədə qeyri-sabitliyin yaranmasına imkan verməyəcəklərini bildirib. Yenidən parlament seçkilərinin keçirilməsi tələbinə gəlincə, Kobaxidze növbədənkənar parlament seçkilərinin keçirilməyəcəyini qeyd edib.

Gürcüstan-Aİ inteqrasiyası məsələsinə toxunan Kobaxidze, ölkəsinin Aİ-yə üzvlük prinsipinə sadiq olduğunu bəyan edib.

Chosen
12
metbuat.az

1Sources