EN

Reynolds Trampın tarif planına etiraz edib

ABŞ-nin yeni Prezidenti Donald Trampın Britaniyadan idxal olunan məhsullara yüksək tariflər tətbiq etmək niyyəti Böyük Britaniyanın biznes naziri Conatan Reynolds tərəfindən tənqid olunub.

News365.az xəbər verir ki, nazir ABŞ-ın Böyük Britaniya ilə ticarətində qalıq kəsirinin olmadığını, yəni Britaniyadan idxal edilən məhsul həcminin ABŞ-ın ixrac etdiyi məhsul həcmini keçmədiyini vurğulayıb.

Prezident Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq şirkətlərin rəhbərlərinə xəbərdarlıq edərək ya məhsullarını ABŞ-də istehsal etməli, ya da çox böyük tariflərlə üzləşməli olduqlarını qeyd edib.

Buna baxmayaraq, Conatan Reynolds ABŞ ilə Böyük Britaniya arasındakı ticarət balansının mənfi saldo yaratmadığını və bu faktın tarif müzakirələrində güclü arqument olduğunu bildirib.

Qeyd edək ki, Donald Tramp artıq Çindən idxal edilən məhsullara 1 fevral tarixindən 10 faiz vergi tətbiq etməyi planlaşdırdığını bəyan edib. O, bu addımı Çin tərəfindən Meksika və Kanadaya fentanil – sintetik opioid göndərilməsi ilə əsaslandırıb. Bununla yanaşı, Tramp Kanadadan və Meksikadan idxal olunan məhsullara da 25 faiz tarif tətbiq etmək təhdidini səsləndirib.

Lakin son açıqlamalarında o, tariflər tətbiq etməkdənsə, potensial ticarət razılaşmasına üstünlük verəcəyini qeyd edib.

Chosen
15
4
news365.az

10Sources