Türkiyənin Konya vilayətinin Səlcuqlu rayonunda yaşayış binasının uçmasına görə 4 nəfər saxlanılıb.
Milli.az xəbər verir ki, bu barədə Konya prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, dağıntılar altında qalan 5 nəfərdən 3-ü sağ xilas edilib, digər 2 nəfərin isə axtarışları davam etdirilir.
Hadisə ilə bağlı ətraflı araşdırmalar aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://img.milli.az/2025/01/25/1259639.png)