Robert Levandovski Çempionlar Liqasının rekordunu təkrarlayıb.
“Barselona”nın polşalı forvardı “Benfika” ilə matçda (5:4) iki dəfə penaltidən qol vurub. Bununlda onun turnirdə penaltidən vurduğu qollarının sayı 19-a çatıb. Levandovski bu göstəricidə hazırda “Əl-Nəssr”də çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldoya çatıb.
Qeyd edək ki, “İnter Mayami”də oynayan Lionel Messi Çempionlar Liqasında 18 dəfə penalti ilə qapıya yol tapıb.