EN

Təbrizli jurnalistin avtomobil və telefonu müsadirə olunub

Təbrizdə yaşayan tanınmış jurnalist və sosial media fəalı Cavad Ağacannəjadın şəxsi avtomobili və mobil telefonu müsadirə olunub.

Bu barədə bu gün jurnalist özü məlumat yayıb.

"Dekabr ayının 1-də məhkəmə məmurları avtomobilim və telefonumu müsadirə ediblər. Dəfələrlə vəkilimlə prokurorluq və məhkəməyə müraciət etsəm də, bunun səbəbi barədə açıqlama verməkdən imtina ediblər",- Ağacannəjad bildirib.

O, prokurorluqda barəsində iş açıldığını, ancaq bunun təfərrüatı barədə özünə məlumat verilmədiyindən təəccübləndiyini deyib.

"Dəfələrlə barəmdə açılan işin nədən ibarət olduğu və nədə günahlandırıldığımı soruşsam da heç bir açıqlama verilməyib",- jurnalist qeyd edib.

visiontv.az



Chosen
17
visiontv.az

1Sources