EN

Ermənilərin növbəti saxtakarlığı

Ermənilər qondarma tarix düzəltmək üçün növbəti saxtakarlığa əl atıblar.

“Cebheinfo.az”-ın məlumatına görə, “Naked Science” elmi nəşrinin iştirakı ilə “Dənizdən-dənizə” tarixi strategiya stolüstü oyunu hazırlanıb.

Bununla da ermənilər “Böyük Ermənistan” təbliğatından əl çəkmək istəmədiklərini, yəni dəniz - Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasındakı ərazilərin onlara məxsus olduqlarını bu oyunla təbliğ edirlər. 

Beləliklə, Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Rusiya ərazilərini guya özlərinin tarixi torpaqları kimi qələmə vermək istəyirlər. 

Uydurma dövlətdən bəhs edən kooperativ oyunun bu ilin ikinci rübündə satışa çıxarılacağı bildirilir. 

Chosen
9
cebheinfo.az

1Sources