EN

Prezident İlham Əliyevin keçirdiyi görüşlər ölkəmiz üçün uğurlu nəticələr hədəfləyir - Məlahət Həsənova

Yazını böyüt
Yazını kiçilt

"Ölkəmiz Davos İqtisadi Forumunda hər zaman yüksək səviyyədə təmsil olunur. Burada keçirilən görüşlər, təşkil edilən panel müzakirələr hər bir tərəf üçün olduqca faydalıdır".
Bu barədə hafta.az-a açıqlamasında deputat Məlahət Həsənova bildirib.

M.Həsənova xüsusi ilə qeyd edib ki, bu görüşlərin hər biri əks tərəfin təşəbbüs və müraciəti əsasında baş tutub.

Deputat qeyd edib ki, bir neçə ay bundan öncə ölkəmizdə yüksək səviyyədə keçirilən və dünyanın ən böyük tədbiri sayılan COP29 çərçivəsində onlarla görüşlər keçirilməsinə baxmayaraq Prezidentimizlə bu Forumda görüşmək istəyənlərin sayı çox olub.

"Azərbaycanın sosial-iqtisadi göstəriciləri, ölkəmizdə olan biznes mühiti, əldə edilən uğurlar və beynəlxalq platformada bu reallıqların təşviqi baxımından Davos İqtisadi Forumu olduqca vacib platforma hesab edilir. Azərbaycan Prezidentinin Forum çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr əlaqələrin daha da genişlənməsinə, müasir çağırışların daha geniş spektrda təbliğinə hesablanıb. Ölkə başçısının yanvarın 20-də Davosda China Global Television Network telekanalına müsahibəsində toxunduğu məsələlər, vermiş olduğu mühüm mesajlar Azərbaycanın milli maraqlarının onun iqtisadi göstəricilərinin və qarşıya qoyulan hədəflərin xarakterini ehtiva etmiş olur. Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirdiyi görüşlər yüksək səviyyədə davam etməklə, proqram baxımından sıx və zəngin olub".

M.Həsənova bunu Azərbaycana və onun Liderinə qlobal miqyasda olan marağın və diqqətin bariz nümunəsi kimi önə çəkib.

"Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üçün yaratdığı imkanlar, regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Deputat Prezidentin keçirdiyi yüksək səviyyəli görüşlərin, aparılan müzakirələrin persperkivdə Azərbaycan və digər dövlətlər üçün uğurlu nəticələr hədəflədiyini istisna etməyib.

Chosen
43
hafta.az

1Sources