EN

Qazaxıstanda Türk xaqanlığına aid petroqriflər aşkar edilib

Bakı, TurkicWorld

Qazaxıstanın Arxarlı aşırımında Türk döyüşçülərini əks etdirən petroqriflər aşkar edilib.

TurkicWorld xəbər verir ki, Alkey Marqulan adına Arxeologiya İnstitutunun mütəxəssisləri Arxarlı aşırımında apardıqları tədqiqatlar zamanı qayaüstü rəsmlər, o cümlədən Türk Xaqanlığı dövründə epik döyüşü əks etdirən petroqliflər aşkar ediblər.

Arxeoloq və ekspedisiya rəhbəri Aleksandr Qoryaçovun sözlərinə görə, Arharlı dağlarında bir neçə iri miqyaslı petroqlif kompleksləri mövcuddur.

Qayaüstü rəsmlərdə bir qrup atlı arasında döyüş səhnəsini görə bilərsiniz. Bunlar VII əsr türk döyüşçülərinin təsvirləridir. O cümlədən, Türk Xaqanlığının ilk hökmdarlarının qəbiləsi olan Aşina qəbiləsinin tamqası da tapılmışdır. Yəqin ki, bu görüntü türklərin jujanlarla döyüşünü təsvir edir”, - deyə Aleksandr Qoryaçev qeyd edib.

Xatırladaq ki, petroqliflərin olması 2017-ci ildə qeydə alınıb, 2018-ci ildə 10 qayaüstü rəsm klasteri aşkar edilib. 2021-ci ilin aprel ayından müntəzəm tədqiqatlara başlanıldı, bu müddət ərzində Arxarlı aşırımının yaxınlığında üç mindən çox petroqlif tapıldı.

Bu ərazinin petroqlifləri tarixi-mədəni irs obyektlərinin ilkin siyahısına daxildir.

Chosen
9
6
turkic.world

6Sources