EN

Özbəkistanlı istedad ilk dəfə "Mançester Siti"nin əsas heyətində

Özbəkistanlı futbolçu Abdukodir Xusanov İngiltərə Premyer Liqasının 23-cü turunun Londonun “Çelsi” klubu ilə oyununda “Mançester Siti”nin start heyətində yer alıb.

Publika.az xəbər verir ki, həmçinin Xusanovdan başqa kluba yeni gələn daha bir futbolçu - Frankfurt "Ayntraxt"ından köçən misirli Ömər Marmoş matça ilk dəqiqələrdən başlayacaq.

Ederson "Siti"nin qapısını qoruyacaq. Müdafiə xətti Xusanovdan başqa Manuel Akanji, Coşko Qvardiol və Mateus Nunesdən ibarət olacaq.

Yarımmüdafiəçilər: Kovaçiç, Gündoğan, Marmos, Silva, Foden, hücumçu - Haaland.

"Mançester Siti" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

20 yaşlı Xusanov yanvarın 19-da “Lens”dən “Mançester Siti”yə keçib.

Chosen
24
publika.az

1Sources