EN

Afrika İttifaqı Konqonun şərqindəki döyüşlərin dərhal dayandırılmasını tələb edir

Bakı. Trend:

Afrika İttifaqı Konqonun şərqində davam edən hərbiəməliyyatların dərhal dayandırılmasını və atəşkəs rejiminə ciddiəməl edilməsini tələb edib.

Trend-inməlumatına görə, bu çağırışı Afrika İttifaqı Komissiyasının sədriMussa Faki Mahamat bəyan edib.

"Afrika İttifaqı tərəfləri razılaşdırılmış atəşkəsə əməl etməyə,hərbi əməliyyatları dərhal dayandırmağa və mülki insanlarınhəyatını qorumağa çağırır," – deyə Mahamatın bəyanatında qeydolunub.

O, Konqonun şərqindəki təhlükəsizlik və humanitar vəziyyətinpisləşməsindən narahat olduğunu bildirib.

Qeyd edək ki, son üç həftə ərzində 23 Mart Hərəkatı (M23)qrupuna aid üsyançılar Konqonun şərqində yerləşən Qoma şəhərinəyeni hücumlara başlayıblar. Onların qabaqcıl dəstələri şəhərdəncəmi 20 km məsafədə mövqe tutublar.

Chosen
8
az.trend.az

1Sources