ABŞ ərazisi tezliklə əhəmiyyətli dərəcədə arta bilər.Metbuat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.“Yaxın gələcəkdə ölkəmiz çox ciddi inkişaf edə bilər. Tezliklə biz bir ölkə olaraq böyüyə bilərik”, - Tramp bildirib.Prezident bununla nəyi nəzərdə tutduğunu açıqlamayıb.Qeyd edək ki, Tramp Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməli olduğunu bildirib. Eyni zamanda Panama kanalını qaytarmaq istəyini ifadə edib, Kanadaya isə "ABŞ-ın 51-ci ştatı olmağı" təklif edib.