EN

Şahmatçımız liderlə heç-heçə edib

Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" turniri davam edir.

İdman.biz xəbər verir ki, “Challengers” yarışının 7-ci turunda Azərbaycan şahmatçısı Aydın Süleymanlı lider Ervin L'Ami (Niderland) ilə heç-heçə edib.

Qrossmeysterimiz 4 xal toplayıb və 8-ci yerdədir. Tay Nquyen (Çexiya) isə beş xalla birinci yerdə qərarlaşıb və əlavə göstəricilərə görə Ervin L’Amini qabaqlayıb.

İdman.biz

Chosen
16
4
idman.biz

4Sources