EN

Qərbdəki ekstremistlər Belarusa müdaxiləyə hazırlaşır - Lukaşenko

Qərbdəki ekstemistlər 2030-cu ilə kimi Belarusa müdaxilə etməyə hazırlaşır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa bunun üçün hərbi imkanlara sahibdir.

Ölkə lideri iddia edib ki, Qərbdəki ekstremistlər strateji olaraq 2030-cu ilə hazırlaşır: “Bunun üçün strukturlar yaradılır və maliyyələşdirilir”.

Chosen
7
3
aznews.az

9Sources