EN

Kolumbiya ABŞ-dən deportasiya olunan vətəndaşlarını qəbul etməyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kolumbiya prezidenti Qustavo Petro deportasiya edilən kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"ABŞ kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşmamalıdır. Kolumbiyalı miqrantları daşıyan təyyarələrin ərazimizə daxil olmasına icazə vermirəm. Biz miqrantları qəbul etməzdən əvvəl ABŞ-də onlara layiqli rəftar qaydaları olmalıdır, - o bildirib.
Xatırladaq ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.
Chosen
20
5
oxu.az

5Sources