Ermənistan Müdafiə Nazirliyi ölkənin hava məkanının pozulması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, nazirlik bu məlumatı və sosial mediada yayımlanan görüntülərin həqiqətə uyğun olmadığını qeyd edib.
Xatırladaq ki, bundan əvvəl “Oragir.Nyus” nəşri Türkiyə PUA-nın guya Ermənistan sərhədini keçdiyini, Gümrü üzərində hava məkanında olduğunu və ərazini uzun müddət tədqiq etdiyini bildirmişdi.