Bakı. Trend:
Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayışbinasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 5 otaqlımənzilin 1 otağının yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdanhamam və sanitar qovşağının plastikdən ibarət qapısı əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.