Fransa əhalisinin yalnız 21 faizi Prezident Emmanuel Makrona etibar edir. Bu da onun 2017-ci ilin mayında ilk dəfə dövlət başçısı seçilməsindən bəri ən aşağı göstəricidir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Ifop”un apardığı sorğunun nəticələri sübut edir.
“Makron qeyri-populyarlıq rekordları qırır. “Ifop”un son sorğusunda fransızların yalnız 21 faizi ondan razı olduqlarını bildirib. Yəni 79 faiz narazıdır”, - materialda deyilir.
Makron ənənəvi olaraq onun ən güclü seçki bazası olan yaşlılar və pensiyaçılar arasında 10 xal itirib.
Qeyd olunur ki, bütün Fransa prezidentləri arasında yalnız sosialist Fransua Ollandın 2014-cü ilin payızında antireytinqi (13 faiz) daha pis olub.
Müəllif: Mənsur Rəğbətoğlu