Gümrüdə Rusiya Federasiyasının 102-ci bazasının 23 yaşlı hərbçisinin meyiti aşkarlanıb.
Oxumani.az. erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Saat 17:20 radələrində Rusiya vətəndaşı Vitali Şevçenko polisə zəng edərək Gümrü şəhərinin Aram Xaçatryan küçəsindəki evlərdən birində asılmış meyit tapıldığını bildirib.
Polis və müstəntiqlər 23 yaşlı rusiyalı Aleksey Yampolskinin cəsədini göstərilən binanın mənzilində tapıblar.
Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, kənar ekspertiza zamanı heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
Hadisə ilə bağlı intihar və ya intihara cəhd maddələri ilə cinayət işi başlanıb. Meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.
Almaz Həsənli