EN

“Neftçi”nin qapıçısı Azərbaycan çempionatlarında 100-cü matçını keçirib

Misli Premyer Liqasının XX turu Emil Balayev üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, “Neftçi”nin qapıçısı Azərbaycan çempionatlarında 100-cü matçını keçirib. Onun yubileyi “Araz-Naxçıvan”la səfər görüşünə (1:2) təsadüf edib. Emil bu görüşlərdə 126 top buraxıb.

O, Premyer Liqada 4 komandada forma geyinib. Balayev “Neftçi”də 13 (13 top buraxıb), “Səbail”də 69 (101 top buraxıb), “Zirə”də 1 (1 top buraxıb), “Qarabağ”da 17 (11 top buraxıb) matç keçirib.

Qeyd edək ki, Emil ölkə çempionatları tarixində 100 və daha çox oyun keçirən 38-ci qapıçıdır.

Qurban Qurbanov: “Buna nə deyim?”

Kurban Berdıyev: "Qurbanov Azərbaycanın ən güclü məşqçilərindəndir"

“Qarabağ” evində məğlub oldu - YENİLƏNİB

Samir Abasov: “ Ümid edirəm ki, danışdığımız oyunçuları gətirərik”

Elmar Baxşıyev: “İdman mediası bizi qara zolağa salmağa çalışırdı”

Chosen
15
apasport.az

1Sources