EN

Türkiyənin Xarici İşlər Nazirliyi Sudanda baş verən hücumla bağlı yazılı açıqlama yaydı

 

Türkiyə Sudanın Şimali Darfur əyalətinin mərkəzi Faşirdə yerləşən Səudiyyə Ərəbistanı xəstəxanasına edilən və çoxsaylı insan tələfatına səbəb olan hücumu qətiyyətlə qınayıb.

Xarici İşlər Nazirliyi sözügedən hücumla bağlı yazılı açıqlama yayıb. Açıqlamada çoxsaylı insan itkisinə səbəb olan bu hücum qətiyyətlə qınanaraq həlak olanların ailələrinə və Sudan xalqına başsağlığı, yaralılara isə təcili şəfa diləkləri ifadə edilib. Bəyanatda beynəlxalq hüquqa riayət olunmasının və mülki infrastrukturun hədəfə alınmamasının vacibliyi vurğulanıb. Türkiyənin Sudanda sülh və sabitliyin təmin olunması üçün atılan addımları dəstəkləməyə davam edəcəyi qeyd olunub.

Sudan Xəbər Agentliyi- SUNA-nın məlumatına görə, Darfur bölgəsinin başçısı Mini Arko Minavi öz “Facebook” hesabında paylaşım edərək Çevik Dəstək Qüvvələrinin Faşirdəki xəstəxananın təcili yardım şöbəsini pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə aldığını bildirib. O, hücum nəticəsində aralarında qadınlar və uşaqların da olduğu 70-dən çox xəstənin öldüyünü ifadə edib.



Chosen
12
5
trt.net.tr

10Sources