Sankt-Peterburqun Kolpino şəhərində 8-ci sinif şagirdi 44 yaşlı ögey atasından hamilə qalıb.
Ajansaz xəbər verir ki, bu barədə "78.ru" məlumat yayıb.
Nəşrin məlumatına görə, məktəbli qız daxili qanaxma və abort şübhəsi ilə xəstəxanaya aparılıb. Qız həkimlərə bildirib ki, 13 yaşından kran operatoru işləyən ögey atası tərəfindən cinsi istismara məruz qalıb.
Məktəblinin vəziyyəti orta ağır qiymətləndirilir. Qızın yetkinlik yaşına çatmayanlarla iş şöbəsində və psixonevroloji dispanserdə qeydiyyatda olduğunu müəyyən etmək mümkün olub.
Polis əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.