İranda sutka ərzində ikinci böyük maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media IRNA-ya istinadən xəbər verir ki, ölkənin Qərbi Kirmanşah əyalətinin Qəsr-Şirin şəhərində yanvarın 27-də 5,1 bal gücündə zəlzələ baş verib.
İran Seysmoloji Mərkəzi və Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, zəlzələ yerli vaxtla səhər saat 04:32-də və 8 km dərinlikdə qeydə alınıb.
Bundan sonra bir neçə afterşok qeydə alınıb.
İtki və dağıntılar barədə hələ ki məlumat yoxdur.
Bizim.Media