Ermənistanın baş naziri Nikol Paşinyan 2025-ci ildə ilk mətbuat konfransını keçirməyə hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə onun özü sosial şəbkə hesabında bildirib.
“Bu il ilk mətbuat konfransım cümə günü baş tutacaq və Hökumət tərəfindən akkreditasiya olunmuş jurnalistlər dəvət olunacaq”, - Paşinyan qeyd edib.
Mətbuat konfransında erməni baş nazirin bir çox məsələlər barədə, o cümlədən Azərbaycanla aparılan sülh danınışıqlarının gedişinə dair açıqlamalar verəcəyi gözlənilir.
"Cebheinfo.az"