EN

Ötən il 19 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib - Kamran Əliyev

Bakı. Trend:

2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusubarəsində intizam tənbeh tədbiri tətbiq edilib.

Trend xəbər verir ki, bunu Baş prokuror KamranƏliyev bu gün keçirilən prokurorluq orqanları tərəfindəncinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarətisahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrinmüzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışı zamanıdeyib.

"2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusubarəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfərətöhmət, 4 nəfərə şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədənazad olunub, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluqorqanlarından xaric edilib", - o bildirib.

Həmçinin, bildirilib ki, 2024-cü ildə 52 prokurorluq işçisi işəqəbul edilib, 382 şəxs isə həvəsləndirilib.

Həmçinin, 2024-cü ildə dövlət qulluğunun inzibati və yardımçıvəzifələri üzrə 55 şəxs işə qəbul edilib, 85 şəxs isəhəvəsləndirilib.

Bundan başqa, hesabat dövründə Azərbaycan RespublikasıPrezidenti cənab İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixliSərəncamı ilə 14 nəfər prokurorluq işçisi müxtəlif medallarlatəltif edilib (onlardan 3 nəfər “Tərəqqi” medalı ilə, 11 nəfər isə“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilətəltif edilib).

Chosen
16
9
az.trend.az

10Sources