Bakı, TurkicWorld
Türkiyənin Marmara dənizində təsirini göstərən sıx duman səbəbindən Çanaqqala Boğazında gəmi keçidləri müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb.
TurkicWorld xəbər verir ki, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi, təhlükəsizlik məqsədilə boğazdan tranzit keçidlərin hər iki istiqamətdə bağlandığını bildirib.
Çanaqqalada dumanın təsiri ilə görüş məsafəsinin ciddi şəkildə azalması dəniz nəqliyyatında gecikmələrə səbəb olub.
Boğaza şimal və cənubdan daxil olacaq gəmilərin kapitanlarına Gəmi Trafik Xidmətləri Müdirliyi tərəfindən radio vasitəsilə xəbərdarlıq edilib.
Dumanın təsirini itirməsinin ardından boğazdakı gəmi trafikinə yenidən icazə veriləcəyi gözlənilir.