EN

Kolumbiya ABŞ miqrant təyyarələrinə ölkəyə enişi məhdudlaşdırır

Bakı, TurkicWorld

Kolumbiya prezidenti Qustavo Petro, ABŞ-dan deportasiya edilən kolumbiyalı miqrantları daşıyan təyyarələrin ölkəyə enməsinə icazə verməkdən imtina edərək, bu qərarın səbəbini ABŞ rəsmilərinin miqrantlara cinayətkar kimi yanaşması ilə əlaqələndirib.

TurkicWorld xəbər verir ki, Prezident Petro sosial media hesabında verdiyi açıqlamada, ABŞ-ın miqrantlara qarşı münasibətini tənqid edib.

"ABŞ miqrantlara cinayətkar kimi baxa bilməz. Kolumbiyalı miqrantları daşıyan ABŞ təyyarələrinin ərazimizə girməsinə icazə vermirəm. Biz miqrantları qəbul etməzdən əvvəl ABŞ onlarla ləyaqətlə davranmaq üçün protokol yaratmalıdır." - deyə o bildirib.

Petro, mühacir təyyarələrinin gələcəyi təqdirdə, onları bayraq və çiçəklərlə qarşılayacaqları barədə təlimat da verib.

Kolumbiya rəhbərliyinin bu qərarına cavab olaraq, ABŞ-ın Boqotadakı səfirliyi isə viza xidmətlərini dayandırıb.

Chosen
6
28
turkic.world

10Sources