EN

Neymarla razılaşdılar

style='margin-bottom:10px;'>

Braziliyanın "Santos" klubu "Əl-Hilal"ın forvardı Neymarı transfer etməyə hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

"Santos" artıq transfer üçün 32 yaşlı hücumçu ilə şifahi razılığa gəlib. Bildirilir ki, keçidlə bağlı rəsmi addımlar gələn həftə atılacaq.

Daha əvvəl mətbuatda yazılmışdı ki, Neymarın həm icarəyə götürülməsi, həm də "Əl Hilal"la bu yay başa çatan müqaviləsinin ləğvi məsələsi nəzərdən keçirilir.

Braziliyalı futbolçunun oyun şansı əldə etmək, milliyə qayıtmaq və 2026-cı il dünya çempionatına hazırlaşmaq istədiyi vurğulanıb.

Qeyd edək ki, Neymar "Santos"un yetirməsidir. O, 2003-2013-cü illərdə bu klubun tərkibində olub. Neymar əsas komandada 225 oyun keçirib,136 qol vurub və 64 məhsuldar ötürmə verib.

Chosen
6
teleqraf.com

1Sources