EN

BMT: Əsəd rejimi devrilməzdən əvvəl törədilmiş cinayətlərə dair sübutları məhv edib

BMT rəsmisi Suriyada dekabrın 7-də devrilmiş Əsəd rejiminin devrilməmişdən əvvəl törətdikləri cinayətlərə dair sübutları məhv etdiyini, lakin hələ də çoxlu sübutların olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Suriyadakı cinayətləri araşdıran Beynəlxalq Qərəzsiz və Müstəqil Suriya Mexanizminin rəhbəri Robert Petit Suriyada Əsəd rejiminin devrilməsi nəticəsində baş verənlər və hesabatlılığın təmin edilməsi prosesi ilə bağlı AA müxbirinə açıqlamalar verib.

Suriyadakı müvəqqəti hökumətin Əsəd dövründə törədilən cinayətlərlə bağlı dəlillərin saxlanması lazım olduğunun fərqində olduğunu bildirən Petit, bütün vətəndaş cəmiyyəti subyektlərinin hesabat verməsini istədiklərini və rejim və müttəfiqlərinin hökumətin törətdiyi cinayətlərə görə cavab verəcəyinə ümid etdiklərini söyləyib.

Əsəd rejimi dövründə bölgələrə və ya birbaşa cinayət dəlillərinə gedə bilməyəcəklərini ifadə edən Petit bunun üçün müvəqqəti hökumətdən icazə almaları lazım olduğunu qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
25
3
turkustan.az

3Sources