EN

Polşada qalmaqal - Yüzlərlə siyasətçinin telefonu dinlənilib

Polşada İsrail casus proqramı “Pegasus” vasitəsilə 578 siyasətçinin telefonu dinlənilib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, proqram Polşa xüsusi xidmət orqanları tərəfindən alınıb.

Bildirilib ki, “Pegasus” əvvəlcə Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi Bürosunun təşəbbüsü ilə alınıb, lakin sonradan məlumatlar Daxili Təhlükəsizlik Agentliyi, Hərbi Əks Kəşfiyyat Xidməti və polis tərəfindən də istifadə edilib.

Qurumlar proqram təminatı vasitəsilə əldə edilən məlumatların istifadəsi üçün pul ödəyib. Buna nail olmaq üçün Hərbi Əks Kəşfiyyat Xidməti hər il Mərkəzi Antikorrupsiya Bürosunun hesabına 1 milyon dollar köçürüb.

İlkin ehtimala görə, polşalı siyasətçilər haqqında əldə olunan məlumatların bir hissəsi İsrailə ötürülə bilər.

Chosen
10
4
qafqazinfo.az

6Sources