EN

Türkiyədəki dəhşətli hotel yanğınının SƏBƏBİ AÇIQLANDI

Türkiyənin Bolu vilayətində yerləşən məşhur “Grand Kartal” dağ-xizək kurortunda baş verən dəhşətli yanğının səbəbi ilə bağlı yeni detallar ortaya çıxıb. Hadisə nəticəsində 79 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

Medianews.az Türkiyənin nüfuzlu “Sabah” qəzetinə istinadən xəbər verir ki, yanğının səbəbi hotelin mətbəxində baş verən qəza olub.

Bildirilir ki, gecə vaxtı mətbəxdə manqal yandırılıb. Yanğının başlama səbəbi manqalın üstünə isti yağ sıçrayıb və yanğın baş verib. Yanğının alovu qısa müddətdə havalandırma sistemi vasitəsilə tüstü bacasına keçib və oradan sürətlə hotelin damına yayılıb.

Böyük bir sahəyə yayılan yanğın hotel binasında olan insanların təhlükəsizliyini ciddi şəkildə təhlükəyə atıb. Yanğınsöndürmə briqadalarının bütün səylərinə baxmayaraq, alov sürətlə yayılaraq hotelin əksər hissəsini külə çevirib. Hadisə zamanı hoteldə çox sayda turistin olduğu bildirilir.

Bolu Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladıb. İlkin araşdırmalara əsasən, hotelin təhlükəsizlik və yanğınsöndürmə sistemlərində çatışmazlıqların olduğu iddia edilir. Ekspertlər, belə faciələrin təkrarlanmaması üçün hotel və restoranlarda təhlükəsizlik tədbirlərinin artırılmasının vacibliyini vurğulayır.

Medianews.az

Chosen
19
50
medianews.az

10Sources