EN

ABŞ inklüziv proqramları ləğv etməklə 145 milyon dollara qənaət edib

ABŞ "inklüzivlik və bərabərlik" proqramlarını ləğv etdikdən sonra 145 milyon dollar qənaət edib. Bu barədə X sosial şəbəkəsində Hökumətin Səmərəliliyinə nail olmaq üzrə Dövlət Departamenti (DOGE) məlumat yayıb.

“Əmək, Nəqliyyat, Kənd Təsərrüfatı, Ticarət, Səhiyyə və İnsan Xidmətləri, həmçinin maliyyə departamentləri tərəfindən DEI (Diversitet, equity, and inclusion - red.) proqramları üzrə 16 müqavilənin ləğvi ilə daha 145 milyon dollar qənaət edildi. Bu qurumlara aktiv və operativ işlərinə görə təşəkkür edirik", - yazıda deyilir.

Qeyd edək ki, ABŞ prezidenti vəzifəsinin icrasına başlayan Donald Tramp hökumətdə müxtəliflik və inklüzivlik siyasətini ləğv edib. Sərəncamda deyilir ki, keçmiş prezident Cozef Bayden administrasiyası hava təhlükəsizliyindən tutmuş orduya qədər müxtəlif sahələrdə DEI adlı “qanunsuz və əxlaqsız ayrı-seçkilik proqramları tətbiq edib”.

Tural

Chosen
5
news365.az

1Sources