EN

Serb müdafiəçi "Milan"dan ayrılmaq istəyir? - Sualı cavablandırdı

"Milan"ın serb müdafiəçisi Straxinya Pavloviç İtaliya A Seriyasının 22-ci turunda evdə "Parma" üzərində qazandıqları çətin qələbəni (3:2) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar"ın 90+5-ci dəqiqədə vurduğu qələbə qolunda məhsuldar ötürmə ilə iştirak edən oyunçunun sözlərini "Milan News" belə çatdırıb:

"Bu, çox mürəkkəb qarşılaşma idi. Amma 3 xal qazandığımız üçün razıyıq. Hesab 1:2 olan zaman ortaya qoyduğumuz mentalitet xoşuma gəldi. Oynamadığım həftələr mənim üçün ağır keçdi, ancaq meydana çıxıramsa, mübarizə aparıram.

"Milan"da qalırammı? 10 matçı kənardan izləmişəm. Mətbuatda bu barədə çox məlumatlar dərc edilib. Mən "Milan"dayam və burada qalmaq istəyirəm".

Xatırladaq ki, Pavloviçin İtaliya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 17 milyon avro ilə dəyərləndirir.

Nihat

Chosen
8
fanat.az

1Sources