Məşhur türkiyəli aktyor Ekin Koç ukraynalı model sevgilisi İrina Lunkovadan ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Aktyor “münasibətiniz necə gedir?” sualına belə cavab verib: “Təəssüf ki, davam etmir, bir müddətdir ki, bitib”.
Cütlük 3 ildir ki, sevgili idi.
Qeyd edək ki, E. Koç “Muhteşem Yüz Yıl - Kösem” serialında “Sultan I Ahmet” obrazı ilə məşhurlaşıb.
![](https://qafqazinfo.az/uploads/1737982949/Screenshot_3.png)
![](https://qafqazinfo.az/uploads/1737983384/ekin11.jpg)
![](https://qafqazinfo.az/uploads/1737983384/ekinn.png)