EN

Britaniya Hərbi Dəniz Qüvvələrinə Rusiya gəmilərinə müdaxilə əmri verildi...

Image

Britaniyanın Yüksək Hazırlıqlı Hərbi Dəniz Qüvvələri (VHRF) ölkənin dəniz infrastrukturuna təhlükə yarada biləcək şübhəli gəmilərə müdaxilə etməyə hazır olduğunu bəyan edib. 

Xarici KİV-lər yazır ki burada konkret olaraq Rusiya gəmilərindən söhbət gedir: “Rusiya gəmilərinin sualtı boru kəmərlərinə və naqil xəttlərinə qəsdən zərər vurmasına dair sübutlar olarsa, Britaniya silahlı qüvvələri həmin rus gəmilərinin göyərtəsinə qalxıb, onları (ekipaj üzvlərini) saxlaya bilər”.

“Ekspress” qəzetinə danışan mənbələr belə əməliyyatların siyasi qərar tələb etdiyini və hər bir hadisəyə ayrıca qiymət veriləcəyini bildirib.

Yanvarın 22-də Britaniyanın müdafiə naziri Con Hili, nazirliyin Rusiyanın okeanı tədqiq edən “Yantar” gəmisini müşahidə etmək üçün La-Manş boğazına iki gəmi göndərdiyini bildirmişdi. Onun sözlərinə görə, tədqiqat gəmisindən kəşfiyyat məlumatları toplanılır və casusluq məqsədilə istifadə olunur.

Bu arada, İspaniya Mülki Qvardiyası FTB ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində Portuqaliya sahillərində içərisində rus heyətin olduğu Baltic Summer adlı konteyner gəmisini saxlayıb. Bildirilib ki, Cənubi Amerikadan iri narkotik yükü daşımaqda şübhəli bilinən Baham adaları bayrağı altında üzən gəmidə ətraflı axtarışlar aparılıb. 

TAHİR





Chosen
6
baki-xeber.com

1Sources